Xəbər lenti

COVID-19 xəstəsi sərxoş halda avtomobil sürərkən saxlanıldı (VİDEO)
Ölkə07:30 05.10.2021

COVID-19 xəstəsi sərxoş halda avtomobil sürərkən saxlanıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəkidə aktiv koronavirus xəstəsi sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, "VAZ-2106” markalı avtomobilin sürücüsü, rayon sakini Akif Seyidovun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi aşkarlanıb.
Yoxlama zamanı onun həm də aktiv koronavirus xəstəsi olduğu və yaşadığı ünvanı tərk etdiyi məlum olub. Həmin şəxslə izahedici söhbətlər aparılıb və A.Seyidovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.
<iframe width="560" height="315" src="//ok.ru/videoembed/2842288392810" frameborder="0" allow="autoplay" allowfullscreen="">