Xəbər lenti

COVİD-in mərkəzi sinir sisteminə təsiri - Psixoloqun şərhi
Ölkə11:35 28.08.2020

COVİD-in mərkəzi sinir sisteminə təsiri - Psixoloqun şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Virus mərkəzi sinir sisteminə təsir edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesusun koronavirus milyonlarla insanın psixikasına nəzərəçarpan dərəcədə mənfi təsir göstərməsi ilə bağlı fikrini şərh edərkən deyib. O bildirib ki, bununla bağlı Amerika Psixoloqlar Assosiasiyası apardığı tədqiqatın nəticələrini açıqlayıb:
"Reanimasiya şöbəsində müalicə alan, ağır koronaviruslu xəstələrdə reabilitasiya dönəmində demensiya hallarının müşahidə olunduğu tədqiq edilib. Bu isə onu göstərir ki, virus mərkəzi sinir sisteminə təsir edir və bu da öz əksini psixoloji narahatlıqlar fonunda göstərir. Buna görə də təşvişli-nevrotik pozuntular müşahidə olunmağa başlayır. Eyni zamanda, insanların müəyyən normativ qaydalara əməl etməməsi, sosial məsafənin qorunmaması, sağlamlıq tədbirlərinin diqqətə alınmaması günahkarlıq hissinin formalaşmasına, nəticədə isə "narahatlıq və təşvişə" səbəb olur”.
Elnur Rüstəmov bildirib ki, yeni qaydalara adaptasiya insanlarda yeni davranış tərzi, yeni həyat stili ilə bağlı qeyri-müəyyən düşüncələrə və bunun fonunda təşviş əlamətlərinin ortaya çıxmasına səbəb olur: 
"Ona görə də insanlarla daha çox psixoloji iş aparılmalı, mənfi təcrübələrin nəticələri göstərilməli, ümumi rifah səviyyəsi artırılmalıdır”.
Qeyd edək ki, ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə koronavirus pandemiyası dünyada milyonlarla insanın psixikasına nəzərəçarpan dərəcədə mənfi təsir göstərdiyini deyib.
Bahar Rüstəmli