Xəbər lenti

COVİD qurbanları: 20 illik ağrılı səbəblər... - Ekspert
Ölkə13:47 15.12.2020

COVİD qurbanları: 20 illik ağrılı səbəblər... - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hər növbəti gün ictimai sektorun, o cümlədən medianın koronovirus qurbanlarının sayı sürətlə artır".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov deyib. Ekspert hesab edir ki, bütün bunlar ötən 20 il ərzində normal səhiyyə sisteminin qurula bilməməsindən qaynaqlanır:
"Allah hər birinə rəhmət eləsin, yaxınlarına sevidiklərinə səbr versin. Bir məsələ məni çox düşündürür. Bu gün itkilərimizin əhəmiyyətli hissəsi ötən 20 il ərzində normal səhiyyə və tibbi sığorta sistemi qura bilməməyimiz, ölkənin dərman təlhükəsizliyini təmin edə bilməməyimiz, yerli dərman istehsalı sənayesi yarada bilməməyimiz, tibb sahəsi üzrə ixtisas paylayan elm müəssisələrimiz rüşvətlə işləməsi və s. səbəblərdən qaynaqlanır. Amma bütün bunlarda həm media və həm də vətəndaş cəmiyyəti təmsilçiləri, istisnalar olmaq şərti ilə çox laqeyd yanaşdı... Hətta bu məsələləri gündəmə gətirənlərin fikirlərini media doğradı tökdü, yayılmasının qarşısını aldı. Hətta əks kampaniylar təşkil etdi, yaxud bu kompaniylarda canla, başla iştirak etdi...Və bu da son".
Rəşad Həsənov qeyd edib ki, bütün bu kimi problemlər bir gün bizim özümüzü də yaxalayır və o zaman artıq iş-işdən keçir.
Bahar Rüstəmli