"Dövlət xəstəxanalarında test olunmuş xəstə sayı çox olduğundan cavablar müəyyən qədər gecikir”.
APA xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Yaşar "Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar" mövzusunda çıxışı zamanı deyib.
Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
"Dövlət xəstəxanalarında test olunmuş xəstə sayı ilə özəl xəstəxanada test olunmuş xəstə sayı eyni deyil. Özəl xəstəxanalarda daha az insan test verir. Buna görə də cavablar daha tez çıxır. Xəstə sayı artdıqca nəticələrin alınma müddəti uzana bilər. Həmçinin özəl xəstəxanalarda ekspress test xidməti var ki, onların da cavabı daha erkən verilir" - o, bildirib.