Xəbər lenti

"Üçrəngli bayrağımız dalğalansın!" - Nazirlikdən çağırış
Ölkə06:42 28.09.2020

"Üçrəngli bayrağımız dalğalansın!" - Nazirlikdən çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt gənclərinə və idmançılara çağırışla çıxış edib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Ordusuna dəstək məqsədi ilə nazirlik hamını "Üçrəngli bayrağımız dalğalansın!" adlı aksiyaya qoşulmağa çağırır. Aksiyaya əsasən, Bakı sakinləri ölkə bayrağını eyvanlarında, şəxsi nəqliyyat vasitələrində və iş yerlərində asa bilərlər.
Azərbaycan gəncləri və idmançıları Ali Baş Komandan İlham Əliyevin tarixi çağırışına qoşulurlar: "Qarabağ Azərbaycana məxsusdur!».