Xəbər lenti

Cüdoçularımız günü medalsız başa vurublar
Ölkə11:27 27.06.2015

Cüdoçularımız günü medalsız başa vurublar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cüdoçu Ramin Qurbanov 1/8 finalda Kriştian Totla (Macarıstan) üz-üzə gəlib.

Apasport.az saytının məlumatına görə, Ramin yarışı vaxtından əvvəl dayandırıb. Tot şido xalı ilə 1/4 finala yüksəlib.

Elxan Məmmədov isə 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirib. Lakin Elxan bu dəfə ümidləri doğrultmayıb. O, ipponla uduzub.

Millimizin digər üzvü Uşanqi Kokauri (+100 kq) isə 1/8 finalda gürcüstanlı Levan Matiaşvilini sınağa çəkib. Kokauri ippona düşərək, oyunlardakı çıxışını başa vurub. 

Qadınlar

78 kq çəki dərəcəsində mübarizə aparan Günel Həsənli isə 1/16 final mərhələsində dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirib. Lakin onun debütü uğurlu alınmayıb. 92-ci dəqiqədə ippona düşən idmançı yarışa vaxtından əvvəl vida edib.

Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.

Qaynar.info