
Azərbaycanda növbəti devalvasiyanın olacağı ilə bağlı yayılan məlumatlar şayiədir.
Qaynar.info azvision.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
Baş bankir Azərbaycanda 3-cü devalvasiyanın gözlənilmədiyini deyib.
“Bu məlumatlar şayiədir. Hazırda növbəti devalvasiya gözlənilmir. Mərkəzi Bank tərəfindən ölkənin valyuta bazarına tam nəzarət olunur”.
Qaynar.info