İdman 19:14 06.08.2022

Cüneyt Çakır vida mesajı ilə aktiv hakimlik karyerasını bitirdi

Uğurlu və zəngin hakimlik karyerasına son qoymağa qərar verən Cüneyt Çakır təşəkkür mesajı yayımlayıb.

Qaynarinfo xəbər verir ki, hakimlik karyerasına son qoyan və Türkiyə Futbol Federasiyası tərəfindən gənc hakimlər yetişdirmək üçün hakim məşqçisi təyin edilən Cüneyt Çakır ın vida mesajı TFF-nin saytında yayımlanıb.

"28 il əvvəl böyük arzularla başladığım hakimlik macəramı arzularıma çatmağın qüruru ilə bitirirəm. Demək asandır, amma bu, 28 ilin hər anı çox qiymətli idi. İlk həvəskar yarışımdan tutmuş son yüksək səviyyəli yarışıma kimi hamısına eyni ciddiliklə yanaşdım. Çox çalışdım, çox. Türk futbol hakimliyini zirvəyə yüksəltməyə vəsilə ola bilsəm xoşbəxtəm. Beynəlxalq səviyyəli yarışlarda təyinatlarım zamanı türk millətinin və 80 milyon insanın duaları hər zaman yanımda olub. Bu mənə böyük güc, qürur verirdi. Digər ən böyük gücüm isə məni izləyən və məni örnək götürən gənclərə nümunə olmaq idi. Mən həmişə bu məsuliyyəti hiss etmişəm. Göstərilən etimada və sevgi mesajlarına görə minnətdaram. Türk hakimliyi sayəsində Cüneyt Çakır oldum. Bu şüurla mən öz təcrübəmi gənc hakimlərlə bölüşmək qərarına gəldim. Onları izləmək və inkişaflarına töhfə vermək istəyirəm. Mənim üzərimdə işləyən onlarla, minlərlə insanın haqqı var. Hamınıza təşəkkür edirəm. Məni bu günlərə gətirən dəyərli müəllimlərimə, hakim yoldaşlarıma, federasiyamıza, mediada mənə dəstək olan bütün dostlara, beynəlxalq federasiyaların rəsmilərinə əziz ailəmə təşəkkür edirəm. Türk xalqı hər zaman yanımdadır və duaları ilə mənə dəstək olub. İndiyə qədər etdiyim kimi, türk hakimliyinə layiq olduğu töhfəni vermək üçün çalışacağam. Geriyə xoş bir səda buraxa bilsəm, xoşbəxtəm. Sağlıqla qalın..."

Cüneyt Çakırın beynəlxalq karyerası ərzində 385 Superliqa (Türkiyə Superliqası tarixində ən çox oyunu idarə edən hakim), 204 beynəlxalq matç idarə edib. Bunların 59-da milli komandalar arasındakı oyunlarda fit çalıb. 

Səbuhi Həsənov