
Braziliyada keçirilən dünya çempionatı öz axarı ilə davam etməkdədir. Qaynar.info apasport.az-a istinadən xəbər verir ki, iyunun 16-a 3 fərqli qrupun oyunu təsadüf edir.
ƏvvəlcəBakı vaxtı ilə iyunun 15-dən 16-na keçən gecə E qrupunun ilk oyunukeçirilib. Qrupun favoriti autsayder qismində görülən Honduraslaqarşılaşıb. Tərəflərin tarixi ərzində ilk qarşılaşması olan bu görüşü 39yaşlı braziliyalı referi Sandro Riççi idarə edib. Bununla da meydansahiblərindən ilk hakim iş başında olub.
Bundan sonra F qrupundaoyuna start verilib. İkiqat dünya çempionu olan Argentina debütantBosniya və Herseqovina yığması ilə üz-üzə gəlib. Avropa təmsilçisi nəqədər debütant sayılsa da, heyətində Edin Djeko, Vedad İbişeviç, EmirSpahiç kimi oyunçuların yer aldığı komandadan hər cür nəticəni gözləməkolardı. Tərəflər indiyədək cəmi 2 dəfə üz-üzə gəlib ki, hər 2 matçdaCənubi Amerika təmsilçisi qalib gəlib. Argentinalılar rəqibindən bu 2matçda qol da buraxmayıb – 7:0.
G qrupunda əsas matçı hesabedilən Almaniya və Portuqaliya arasındakı görüş də bu günə təsadüfedəcək. Bu qarşılaşma ABŞ millisinin baş məşqçisi Yürgen Klinsmannınməsləhətçisi olan Berti Foqtsun da diqqət mərkəzində olacaq. Bu 2 Avropakomanda indiyədək yaşıl meydanlarda 17 dəfə üz-üzə gəlib.Qarşılaşmaların 9-da almanlar, 3-də isə portəkizlər qələbə qazanıb. 5matçda isə heç-heçə qeydə alınıb. Top fərqində də Almaniya üstündür –25:16.
16 iyun
F qrupu
Argentina – Bosniya və Herseqovina - 2:1Qollar: Kolazinak, 3 (avtoqol); Messi, 65 - İbişeviç, 85
Hakim: Xoel Aqilar (Salvador)
Rio-de-Janeyro. “Marakana” (“Mario Filyu”) stadionu
Arqentina: Romero, Qaray, Kampanyaro, Sabaleta, Roxo, Fernandes, Di Mariya, Rodriqes, Maskerano, Messi, Aquero.
Bosniya və Herseqovina: Beqoviç, Biçakçiç, Spahiç, Kolazinak, Beşiç, Muydja, Pyaniç, Misimoviç, Luliç, Xayroviç, Djeko.
E qrupu
Fransa – Honduras - 3:0
Qollar: Benzema, 44 (pen); 72; Valyadares, 48 (avtoqol)
Qırmızı vərəqə: Palasios, 43
Hakim: Sandro Riççi (Braziliya)
Portu-Aleqri. “Beyra-Rio” stadionu
Fransa: Lyoris, Debüşi, Evra, Sako, Varan, Matyuidi, Valbuena, Kabay, Poqba, Qrizmann, Benzema.
Honduras: Valyadares, Fiqeroa, İsaqirre, Bernardes, Bekeles, Palasios, Espinosa, Qarrido, Naxar, Kostli, Benqtson.
Fransa | 1 | 1 | 0 | 0 | 3-0 | 3 |
İsveçrə | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
Ekvador | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
Honduras | 1 | 0 | 0 | 1 | 0-3 | 0 |