Bu gün DÇ-2014-ün növbəti oyunu keçiriləcək.
Mundialın ikinci günü Meksika Kamerun yığması ilə üz-üzə gələcək. Görüş Braziliya vaxtı ilə 13:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq.
Gecə saatlarında isə futbol azarkeşləri İspaniya – Hollandiya və Çili – Avstraliya milli komandalarının qarşılaşmalarını izləyə bilərlər.
13 iyun
A qrupu
21:00. Meksika – Kamerun
13 iyun
B qrupu
00:00. İspaniya - Hollandiya (iyunun 13-dən 14-nə keçən gecə)
03:00. Çili - Avstraliya (iyunun 13-dən 14-nə keçən gecə)
Qaynar.info