Xəbər lenti

DÇ-2022: Azərbaycan millisi Lüksemburqa qarşı
İdman05:14 01.09.2021

DÇ-2022: Azərbaycan millisi Lüksemburqa qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.
Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə 4 futbolçu matçı buraxacaq. Onlardan Dioqo Pimentel və Eldin Dzoqoviç koronavirusa yoluxduqları üçün, Marvin Martins və Kris Filipps isə zədə səbəbindən meydana çıxa bilməyəcək.
Bu kollektivlər arasında indiyədək baş tutan 5 oyunun 3-də heç-heçə qeyd alınıb. Komandalar hərəyə bir qələbə qazanıblar. Azərbaycan millisi səfərdə rəqibinə uduzmayıb.
Qeyd edək ki, 2 oyundan sonra xalı olmayan Azərbaycan sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür. Bu qrupun digər matçında Portuqaliya evdə İrlandiya ilə qarşılaşacaq.
DÇ-2022
Seçmə mərhələ
A qrupu
1 sentyabr
22.45 Lüksemburq - Azərbaycan
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Admir Şehoviç (Bosniya və Herseqovina).
Lüksemburq stadionu.