Xəbər lenti

D18 Hərəkatı Ankarada siyasi məhbuslara azadlıq tələb etdi
Ölkə12:39 20.05.2016

D18 Hərəkatı Ankarada siyasi məhbuslara azadlıq tələb etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

D18 Hərəkatı Xədicə İsmayıla və digər siyasi məhbuslara azadlıq tələb etdi və bunu Ankarada gündəmə gətirib.

D18 Hərəkatı Türkiyə təmsilçiliyi Ankarada Azərbaycan səfirliyi önündə mətbuat konfransı keçirmək istəsələr də səfirliyin işçiləri buna imkan verməyiblər. 

Qaynarinfo.az xəbər verir ki, hərəkatın başqanı Ruslan İzzətli konfrans zamanı çıxışında Azərbaycanda 100-ə yaxın siyasi məhbusun olduğuna diqqət çəkib. R.İzzətli məhbuslar içərisində gənclərin öncüllük təşkil etdiyini bildirib: “Siyasi məhbusların siyahısına baxsanız siz orada siyasi partiya təmsilçilərinin, jurnalistlərin, gənclərin və inanclı kəsimin nümayəndələrini görə bilərsiniz. Bu insanların tək bir gunahı var, o da fərqli düşünnmələridir. Bu düşüncələrinə görə də hakimiyyət onları həbs edib. Həbs edilənlərin içərisində jurnalist Xədicə İsmayıl da var. 27 may Xədicə xanımın ad günüdür.  Bununla əlaqədar dünyanın 40 şəhərində aksiyalar keçiriləcək.

Bütün maneələrə baxmayaraq biz Türkiyə xalqına, Türkiyə siyasi partiyalarına və mətbuatına səsləndik və  Azərbaycandakı demokratiya mübarizəsinə dəstək olmalarını istədik".

Qaynarinfo.az