Xəbər lenti

Dadaşlinski bu dəfə Novruz Məmmədovu hədəfə aldı: "İşə düzəlməyə gəlib” (VİDEO)
Ölkə06:15 11.10.2019

Dadaşlinski bu dəfə Novruz Məmmədovu hədəfə aldı: "İşə düzəlməyə gəlib” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İTV-də yayımlanan "3 D" verilişində Baş Nazir postundan ayrılan Novruz Məmmədovun işsiz qalmasına sətiraltı münasibət bildirilib.
Qaynarinfo xəbər verir ki, Dadaş Dadaşlinskinin aparıcılıq etdiyi verilişdə katibə ona zəng edərək bir nəfərin iş üçün gəldiyini bildirib. Aparıcı ondan gələnin kimliyini soruşanda, katibə "Novruz Məmmədov" cavabını verib. Bu zaman aparıcı təəccübünü gizlədə bilməyib və onun üçün təklif edə biləcəkləri işin olmadığını söyləyib.
Əslində isə studiyaya gələn şəxs başqa bir Novruz Məmmədov olub. Buna baxmayaraq, ssenarinin Baş Nazir postundan ayrılan Novruz Məmmədov üzərində qurulduğu izləyicilər üçün qaranlıq qalmayıb.