Xəbər lenti

Daha 1 general və 51 hərbçi həbs edildi - Türkiyədə
Ölkə07:32 17.07.2016

Daha 1 general və 51 hərbçi həbs edildi - Türkiyədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhddə ittiham olunan Dəniqli Qarnizonunun və 11-ci Kommando Briqadasının komandiri, general-mayor Özhan Özbəkir və daha 51 hərbçi saxlanılıb. 

"Report"un məlumatına görə, bu haqda "Anadolu" agentliyi xəbər yayıb. Saxlanılanların yüksək rütbəli hərbçilər olduğu bildirilir.

Agentliyin məlumatına görə, 15 iyulda baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar həbs olunmuş 105 yüksək rütbəli hərbçidən 58-i haqqında istintaq başa çatıb.  

6 hərbçi isə sərbəst buraxılıb. Agentliyin digər məlumatına görə, həbs olunanlar İzmirdəki cəzaçəkmə müəssisəsinə göndəriliblər. 

Qiyamda iştirakda şübhəli bilinən digər hərbçilərlə bağlı istintaq davam edir. 

Qaynarinfo.Az