Xəbər lenti

Daha 2 məktəb əyani tədrisə qayıtdı
Ölkə06:37 14.02.2022

Daha 2 məktəb əyani tədrisə qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtdakı 287 nömrəli "Zəkalar” liseyi və 320 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Bu barədə Qaynarinfo-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.