Ölkə 16:37 28.01.2023

Daha 33 nəfər yoluxdu, 1 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 33 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 562 nəfər müalicə olunaraq sağalıb, hazırda 237 aktiv xəstə var. Bu günə qədər 10 081 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 917, bu günə qədər isə ümumilikdə 7 483 242 test icra olunub.

Gün ərzində 353 nəfər vaksinasiya olunub. Birinci doza vaksinlərin sayı 122, ikinci doza vaksinlərin sayı 34 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 173-dür. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 24 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 941 883 olub.