Xəbər lenti

Daha 5 müəssisə Rusiyaya pomidor satacaq
Ölkə19:55 24.05.2021

Daha 5 müəssisə Rusiyaya pomidor satacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") mayın 25-dən etibarən Azərbaycanın beş müəssisəsindən pomidor idxalına icazə verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Rosselxoznadzor"dan bildiriblər.
Bildirilib ki, qərar birgə video müayinələr zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib:
"Beləliklə, hazırda ümumilikdə 131 Azərbaycan müəssisəsi Rusiyaya pomidor tədarük edə bilər".