Xəbər lenti

Daha bir aksiya Lənkəranda...
Ölkə17:19 01.04.2013

Daha bir aksiya Lənkəranda...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 1-də Lənkəranda aksiya keçirilib. Buna səbəb Liman-Boladi ərazisindən keçən beynəlxalq yolun tikintisinin dayandırılmasıdır.
Yolun tikintisində iştirak edən 70-dək işçi "Qafqaz LTD" şirkətinin qarşısında toplaşaraq işin dayandırılmasına etirazlarını bildiriblər. Hadisə yerində olan qəsəbə sakini Kazım Həsənovun AzadlıqRadiosuna dediyinə görə, fəhlələr 4 aydır əmək haqqı ala bilmirlər. Bundan başqa, iki aydır işlər dayanıb.
"Qafqaz LTD" nümayəndəsi aksiya iştirakçıları ilə görüşüb. Onlara söz verilib ki, 3 günə əmək haqları veriləcək və iş bərpa olunacaq.
Liman qəsəbə icra nümayəndəsi Bəxtiyar Səfərov ərazidə aksiya keçirilmədiyini söyləsə də, yolun tikintisinin 2 aydır dayandığını təsdiqləyib (azadliq.org).