Xəbər lenti

Daha bir ana doğuş zamanı öldü
Ölkə09:10 21.03.2015

Daha bir ana doğuş zamanı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 

Qaynar.info xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-“Astoriya” Tibb Mərkəzində baş verib.

Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.

“Astoriya” Tibb Mərkəzindən hadisənin olmasını təsdiqləsələr də, onunla bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.

Qaynar.info