Xəbər lenti

Daha bir ANS-çi özünə iş tapdı - FOTO
Ölkə11:15 03.11.2016

Daha bir ANS-çi özünə iş tapdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS televiziyasının iqtisadiyyat müxbiri və aparıcısı Vəfa Şəhlayi özünə yeni iş tapıb.

Qaynarinfo.Az xəbər verir ki, təcrübəli aparıcı peykdə yayımlanan CBC telekanalında çalışmağa yaxındır. Bu barədə Vəfa Şəhlayinin özü saytımıza açıqlamasında bildirib. O qeyd edib ki, bu kanaldan ona dəvət gəlib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_3noyabr2016_------999.jpg

Qeyd edək ki, Vəfa Şəhlayi 2011-ci ildən ANS-də müxbir kimi işə başlayıb. Şəhlayi daha sonra "Hesab vaxtı" verilişinin aparıcısı və növbə rəhbəri olub. Onun Vahid Mustafayevin yeni açacağı istipress.com saytında işə başlayacağı gözlənilirdi.

Onu da bildirək ki, bu barədə ilk xəbəri missiya.az saytı yayıb.

Qaynarinfo.Az