Xəbər lenti

Daha bir avtobus yük maşını ilə toqquşdu
Ölkə14:57 08.06.2015

Daha bir avtobus yük maşını ilə toqquşdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu toqquşub.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobillər deformasiyaya uğrayıb.
“Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info