Rusiya–Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin sıralarında döyüşən daha bir azərbaycanlının həlak olduğu bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı hərbi bloqer Tofiq Şahmuradov paylaşıb.
Qeyd olunur ki, Şəmkir rayonunun sakini, bir müddətdir itkin düşmüş hesab edilən Qarayev Elvin Fəxrəddin oğlunun həyatını itirdiyi təsdiqlənib.
Verilən məlumata əsasən, aparılan uzunmüddətli axtarış tədbirlərindən sonra E.Qarayevin nəşi aşkar edilib. Gözləntilərə görə, mərhumun cənazəsi sabah Bakıya gətiriləcək, daha sonra isə dəfn olunmaq üçün Şəmkir rayonuna yola salınacaq.
Şərhlər