Daha bir azərbaycanlı - Mirhüseyn Mirələm oğlu Şıxəliyev Ukraynada həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə bu gün "Muksun” nəşri məlumat
yayıb.
Nəşrin məlumatına görə, Mirhüseyn Mirələm oğlu Şıxəliyev Rusiyanın Surqut şəhərində yaşayıb. O, 2016-cı ildə Surqut şəhəri 1 saylı orta məktəbi bitirib. İdmançı idi, kikboksinqlə məşğul olub. 2014-cü ildə isə Surqut rayonunun yaranmasının 90 illiyinə həsr olunmuş ağır atletika üzrə gənclərin rayon birinciliyinin qalibi olub.
Onunla vida mərasiminin vaxtı hələ bəlli deyil
Nizami Bağırov