Xəbər lenti

Daha bir bazar yandı: mağazalar yararsız hala düşdü
Ölkə19:59 06.02.2017

Daha bir bazar yandı: mağazalar yararsız hala düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağstafa rayonunda yanğın hadisəsi baş verib

Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa mərkəzi bazarında qeydə alınıb.

Saat 15.20 radələrində başlayan yanğının söndürülməsinə Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində bazarın 150 kvadratmetr sahəsi yararsız hala düşüb, 3 mağazaya ziyan dəyib. 

Alovun digər mağazalara keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az