Xəbər lenti

Daha bir bələdiyyə cəzalandırıldı
Ölkə12:15 27.08.2020

Daha bir bələdiyyə cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Hökməli qəsəbəsinin Atyalı yaşayış massivində məişət tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlandığı aşkar edilib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı Hökməli bələdiyyəsinin ərazisində məişət  tullantılarının qalaqlanmasının artıq bir neçə dəfə  təkrar olunduğu, bununla bağlı bələdiyyə rəhbərliyi qarşısında ciddi tələblər qoyulduğu, lakin lazımi tədbirlərin görülmədiyi müəyyən edilib.
"Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi məqsədilə bələdiyyəyə daha bir məcburi göstəriş verilib. Dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq, ərazidə yenə də tullantıların düzgün idarə edilmədiyi və qalaqlandığı üçün Hökməli bələdiyyəsi barəsində akt və protokol tərtib olunub, bələdiyyənin hüquqi şəxs qismində 6 500 manatdan 8 000 manatadək cərimələnməsi üçün toplanmış materiallar  Abşeron Rayon Məhkəməsinə göndərilib”, - o bildirib.