Xəbər lenti

Daha bir dələduzluq: Müğənninin adından pul yığılır (FOTO)
Ölkə08:55 30.05.2022

Daha bir dələduzluq: Müğənninin adından pul yığılır (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Vaqif Şıxəliyevə qarşı dələduzluq edilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb. Vaqif Şıxəliyev onun adından kimlərinsə pul yığdığını açıqlayıb: 
"Dostlar, mənim adımdan profil şəklimi qoyub, sizlərdən kart nömrəsi ataraq pul istəyən olarsa, qəti şəkildə aldanmayın. Hansısa firildaqçılar, dolandırıcılar bir neçə insanı aldadıb: guya "xəstəxanadayam, pulum çatmır" deyib, karta pul köçürmələrini istəyirəm. Sizdən ehtiyatlı olmağınızı, heç cür bu kimi fırıldaqçılara inanmamağınızı xahiş edirəm. Bu hərəkəti edən dələduzlar qanun qarşısında cavab verəcəklər”.
Vaqif Şıxəliyev artıq bunla bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini də bildirib.
Bahar