Xəbər lenti

Daha bir dünya çempionatı ləğv olundu
İdman18:10 16.04.2020

Daha bir dünya çempionatı ləğv olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanadada 18-22 aprel tarixlərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, bu yarışla yanaşı, Seulda (13-15 aprel) keçirilməsi nəzərdə tutulan şort-trek üzrə dünya birinciliyi və Leyk-Plesiddə planlaşdırılan (3-5 aprel) sinxron konkisürmə üzrə dünya çempionatı da baş tutmayacaq.
Qeyd edək ki, Kanada hökuməti aprelin 11-də yarışın ləğvinə qərar versə də, ISU turnirin bu ilin oktyabrından əvvəl keçirilməsinin mümkünlüyünü açıqlamışdı.