Xəbər lenti

Daha bir əsgərimiz öldü
Ölkə06:59 06.03.2013

Daha bir əsgərimiz öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əliyev Elman Telman oğlunun ölümünün səbəbi tibbi ekspertiza tərəfindən müəyyənləşdiriləcək.

Bu gecə saat 1:40 radələrində Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Əliyev Elman Telman oğlu yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib. 

Ölümün hansı səbəbdən baş verdiyi tibbi ekspertiza tərəfindən müəyyənləşdirildikdən sonra bu barədə ictimaiyyət məlumatlandırılacaq.

Qaynar.info