Xəbər lenti

Daha bir FHN əsgəri ölüb - RƏSMİ AÇIQLAMA
Ölkə15:14 05.06.2015

Daha bir FHN əsgəri ölüb - RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Fövqəladə Hallar Nazirliyi Mülkü müdafiə qoşunlarının N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov dünyasını dəyişib. 
FHN-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumatına görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış əsgər hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Hadisə ilə əlaqədar hazırda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən istintaq aparılır.
Qaynar.info