Xəbər lenti

Daha bir general istefaya gedir: Raport yazdı
Ölkə08:20 16.05.2014

Daha bir general istefaya gedir: Raport yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Müdafiə Nazirliyinin NATO və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov Silahlı  Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənova raport yazıb.

Qaynar.info xəbər verir ki, bu barədə publika.az saytı məlumat yayıb

Məlumata görə, nazir Zakir Həsənov Ramiz Nəcəfovun bu müraciətini geri qaytarıb və ona, hələlik vəzifəsini davam etdirməyi, məqamı çatanda istefaya göndəriləcəyini tapşırıb.

Hətta nazir Z.Həsənov Ramiz Nəcəfovu yaxın vaxtlarda istefaya göndərəndən sonra ona, Müdafiə Nazirliyinin NATO və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində mülkü ekspert kimi qalıb fəaliyyətini davam etdirməsini də məsələhət görüb.

Ramiz Nəcəfovla bağlı nazirin əmri yaxın vaxtlarda mətbuata da elan olunacaq.

Qaynar.info