Xəbər lenti

Daha bir həkim koronavirusa yoluxdu - Vəziyyəti ağırdır
Ölkə14:27 21.07.2020

Daha bir həkim koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.
Qaynarinfo xəbər verir ki, reanimotoloq Elçin Həmzəlioğlunun koronavirus test analizinin nəticəsi pozitiv çıxıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
O, virusa yoluxana qədər Masallı və Astara rayon mərkəzi xəstəxanalarında koronavirusla mübarizədə aktiv fəaliyyət göstərib.
Koronavirusa yoluxan həkimin yerliləri onun haqqında "Facebook"da paylaşım edərək, durumunu diqqətdə saxlamağı xahiş ediblər:
"Covid19 virusu ölkəmizə ayaq açan gündən onunla ön cərgədə mübarizə aparan həkimlərdən biri də Elçin Həmzəlioğludur. Elçin həkim öz ailə-uşağından ayrı düşüb, ən ağır xəstələrin Masallı və Astara xəstəxanalarının reanimasiya şöbələrində müalicə alıb sağalmaları üçün əlindən gələni edib. Yüzlərlə xəstənin şəfa tapıb, aramıza qayıtmağına vasitə olub. Bu gün çox təəssüf ki, özünün həyatı təhlükə qarşısındadır.