
Elçin Behbudov həbs xəbəriylə bağlı AzNews.az-a açıqlama verib.
O, haqqında yayılan xəbərləri əsassız adlandırıb: “Məni heç kim heç yerə dəvət etməyib. Haqqımda bu xəbəri yayanları məhkəməyə verəcəyəm. Onlar cəzalanacaqlar.
***
Hüquq müdafiəçisi Elçin Behbudovun da polis tərəfindən saxlanması xəbəri yayıldı
Facebook sosial şəbəkəsində yayılan son məlumata görə, daha bir hüquq müdafiəçisi polis tərəfindən saxlanılıb.
Həmin məlumatda bildirilir ki, hüquq müdafiəçisi Elçin Behbudov öz evinin önündə polis tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparılıb.
Bu məlumatla bağlı əlavə dəqiqləşdirmələr aparmağa çalışırıq.
musavat.com