Xəbər lenti

Daha bir institutda aksiya olacaq
Ölkə04:52 26.10.2013

Daha bir institutda aksiya olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Turizm İnstitutunun 2-ci korpusunun tələbələri etiraz etməyə hazırlaşır.

AzNews.az-ın məlumatına görə, onlar öz etirazlarını rektora imza toplamaq yolu ilə çatdırmaq istəyirlər. ATİ-nin Facebook səhifəsində tələbələrin tələbləri də yer alıb. Onların tələbləri aşağıdakılardır:

1. Qayıb limitinin digər təhsil müəssisələrilə müqayisədə çox az olmasının qarşılığında,bu limit yüksəldilsin.
2. İmtahan balları bir çox Azərbaycan təhsil ocaqlarında 34% olsa da,bu ATİ-də 51%-dir,bu imtahan balları 41% endirilsin.
3. Bir sıra ali məktəblərdə olduğu kimi ATİ-də də imtahanlar testlə keçirilməyə başlanılsın.
4. İkinci korpusdakı təhsil şərtləri normal hala salınsın,parta və lövhələr yenilərlə əvəz edilsin,dərs otaqları daha böyük otaqlarla əvəz edilsin,dərsi keçmək üçün lazım olan texniki vasitələr yetər sayda olsun(kompyuter,proyektor),ikinci korpus tibb məntəqəsi ilə təmin olunsun,girişdə mühafizə sistemi təşkil olunsun
5. Tələbələr praktika məsələsində çətinlik çətir,praktika üçün kəsir limiti olmasın,kəsiri olan tələbələr də praktikaya gedə bilsin.
6. Bütün Azərbaycan təhsil ocaqlarında təhsil alan tələbələr aşaği kurslarla semestr boyu kəsir dərsində oturduqda,bunun üçün heç bir kredit ödəmir,bu yalnız ATİ-də belədir,ATİ tələbələri də aşağı kurslarla kəsir dərsində oturduqda pul ödəməsin.
7. Kəsilən tələbələr üçün şans imtahanı yaradılsın.
8. İkinci korpus yüksək səviyyəli kitabxana ilə təmin olunsun.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri imtahanların test üsulu ilə keçirilməsi tələbiylə oktyabrın 21-də etiraz aksiyası keçirmişdilər.

Qaynar.info