Xəbər lenti

Daha bir istirahət mərkəzində dəhşətli FACİƏ
Ölkə13:35 19.08.2013

Daha bir istirahət mərkəzində dəhşətli FACİƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qusar şəhər ərazisində istirahət mərkəzlərinin birində faicə baş verib.

Qusar rayon prokurorunun verdiyi məlumata görə, Qasımovlar ailəsi istirahət mərkəzində olarkən, onların 11 yaşlı qızı ehtiyatsızlığın qurbanı olub.

Belə ki, Şəfa Rəşad qızı Qasımova nəzarətsiz qalaraq, yaxınlıqdakı suvarma kanalına yıxılıb. Nəticədə azyaşlı qız suda boğulub.

Rayon prokuroru Zahid Vəliyevin verdiyi məlumata görə, onun meyiti bir neçə saat sonra kanaldan çıxarılıb.

Qeyd edək ki, hadisəni çəkmək istəyərkən, Qusar rayon polis şöbəsinin əməkdaşları jurnalistə mane olublar.(anspress)