Xəbər lenti

Daha bir jurnalist ATV-dən getdi (FOTO)
Ölkə15:43 22.06.2020

Daha bir jurnalist ATV-dən getdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATV-nin "Xəbərlər" Departamentinin daha bir jurnalisti telekanaldakı fəaliyyətinə son verib.
Qaynarinfo xəbər verir ki, müxbir Səbuhi Turan 8 il çalışdığı "ATV Xəbər"dən ayrıldığını açıqlayıb.   
O, fəaliyyətini SOCAR-ın Təhlükəsizlik İdarəsində rəis müşaviri kimi davam etdirəcəyini bildirib:
"Dostlar, 8 il çalışdığım ATV kanalından ayrıldım. Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı tele-jurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq yenə də mediadakı dostlar ilə sıx əməkdaşlıq edəcəyik. Hər birinizə uğurlar!".