Xəbər lenti

Daha bir jurnalist prezidentə müraciət etdi
Ölkə12:02 22.07.2013

Daha bir jurnalist prezidentə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hacı Əhmədov: "İstədiyim yalnız Prezidentin sərəncamlarının dövlət məmurları tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsidir"

Bu gün Mətbuat günüdür, həmkarlarımın bayramıdır - hamınızı ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin mətbuat işçilərinə qayğısı nəticəsində jurnalistlərə mənzillər paylanıldı. Bundan əlavə teleqraf.az saytının əməkdaşı, müxalifətçi jurnalist Nicat Dağlar adlı həmkarımızın xərçənğ xəstəliyinin də ölkə prezidenti tərəfindən nəzarətə götürülməsi, ona da jurnalistlər üçün tikilən evdə mənzil ayrılmasını təmin etməsi sevindinrici haldır. Əlbəttə ki bu müqəddəs Ramazan ayında bu əməllərin sahibi çox böyük savab qazanmış olur - Allah savabını yazsın.

Mən isə hörmətli prezidentimizdən nə mənzil, nə də müalicə üçün pul istəmirəm. Şükür olsün Allahın böyüklüyünə ki evim də var, sağlamlığım da qaydasındadır. Mənim hörmətli prezidentimizdən yalnız bir xahişim var, çox kiçik bir xahişdir… İstədiyim təkcə Prezidentin sərəncamlarının dövlət məmurlərı tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsidir.

Belə ki atamdan mənə miras qalmış və bütün sənədləri qaydasında olan bağımı Dövlət Əmlak
Komitəsinə və müxtəlif başqa dövlət qurumlarına üst-üstə təxminən 40 dəfədən artıq gedib-gəlməyimə baxmayaraq özəlləşdirə bilmirəm.

Azərbaycan Respublikasının prezidentinin Bakı şəhəri, 22 may 2007-ci il tarixli 2186 №-li sərəncəmı ilə Bağlar idarəsi ləğv edildi və imzalandığı günə qədər vətəndaşların istifadəsində olan bağ sahələri əvəzsiz qaydada onların mülkiyyətinə verilməsi ilə bağlı sərəncamı imzalandi.
Bu sərəncama Dövlət Əmlak Komitəsinin əməkdaşlarının da əməl edilməsini təmin etməyi möhtərəm prezidentimizdən xahiş edirəm.

Şikayət məktubunun tam mətni burdadır.

1971-ci ilin oktyabr ayında atam Əhmədov Balamirzə Hacıəhməd oğlu Sabunçu rayonu Ləhiş bağ massivində 4227 nömrəli sahədə bağ üçün torpaq sahəsi almışdır. Daha sonra atam orada 70-ci illərdə 1 otaqlı ev tikmişdir. Əsgərlikdən gəldikdən sonra Bakı şəhəri İsra Hakimiyyəti nəzdində Bağlar idarəsində atamın razılıqı ilə müqaviləni mənim adıma bağladım. Daha sonra Azərbaycan Respublikasının prezidentinin Bakı şəhəri, 22 may 2007-ci il tarixli 2186 №-li sərəncəmı ilə Bağlar idarəsi ləğv edildi və imzalandığı günə qədər vətəndaşların istifadəsində olan bağ sahələri əvəzsiz qaydada onların mülkiyyətinə verilməsi ilə bağlı dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsini aydiyyatlı orqanlara həvalə edildi.

Belə ki 2012-ci ilin avqust ayında atamdan mənə miras qalmış bağ sahəsini özəlləşdirmək üçün Azərbaycan Respublikasının prezidentinin Bakı şəhəri, 22 may 2007-ci il tarixli 2186 №-li sərəncəmını rəhbər tutaraq sənədlərimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmişdim. Həmən tarixdən bağımı ölçməyə müxtəlif idarələrdən və müxtəlif vaxtlarda 7 adam gəlib ölçmə işləri aparmışlar. Sonunda 2013-cü ilin mart ayında müxtəlif bəhanələrlə mənə bağımı özəlləşdirməyə imtina yazdılar. Dövlət Əmlak Komitəsinə və müxtəlif başqa dövlət qurumlarına üst-üstə təxminən 40 dəfədən artıq gedib-gəlməyimə baxmayaraq özəlləşdirə bilmirəm. İndi mən işimi işləyib himayəmdə olan azyaşlı uşaqlarıma bir parça çörək pulumu qazanım, yoxsa Dövlət Əmlakı Komitəsinin rüşvətxor məmurlarının qapılarındamı sürünüm?

Maraqlı olan odur ki, sovet dönəmindəki Bağlar idarəsində bu işlərə bir nəfər baxırdı, istənilən sənədləşməni qanuni olaraq həyata keçirilməsində heç bir problem yaranmırdı, indi isə Dövlət Əmlak Komitəsinin və Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin 7 əməkdaşı bir nəfərin işini görə bilmirlər. İmtinanın səbəbləri kimi guya məndə artıq torpaq sahəsinin olmasının, bağın içərisində otağa bitişik bir dəhlizin arxiv sənədlərində göstərilmədiyi qeyd edilmişdir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, həmən imtina ərizəsində göstərilən səbəblərin heç bir hüquqi əsası yoxdur. Çünki bağ sahəsini ölçməyə gələndə Azərbaycan Respublikası Xəritəçəkmə və Torpaq komitəsinin əməkdaşları da eyni iradları bildirmişdilər. Ərizə yazıb notarial qaydada təsdiq elətdirdim və həmən əməkdaşlara təqdim etdim ki, müqavilədə qeyd olunmuş torpaq sahəsindən artıq torpaq sahəsinə iddia etmirəm. Prezidentin sərəncamı ilə müəyyən edilmiş qaydada, Bağlar idarəsinin müqaviləsində göstərilmiş, qanunla nə qədər torpaq sahəsi düşürsə onu mənə verin. Daha sonra Xəritəçəkmə və Torpaq komitəsinin əməkdaşları mənə torpaq sahəsinin prezidentin sərəncamına uyğun şakildə sənəd verdilər. Mən də həmən sənədi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmişəm. Ən azından Azərbaycan Respublikasının vətəndaşlarına xidmət göstərən bu iki dövlət qurumu arasında işbirliyi, rabitə yoxdur. Birinin tərtib etdiyi sənədi o birisi bəyənmir, hüquqi sənəd kimi qəbul etmir. Əgər bu dövlət müəssisələri bir-biri ilə vəhdət təşkil etmirsə bu ölkənin vətəndaşı yazıq deyilmi illərlə sənəd düzəltməyə vaxt sərf edir? Mən bağlarını özəlləşdirmiş bir neçə bağ qonşumdan soruşmuşam - birisi 5000 manat digəri isə 6500 manat rüşvət verdiyini söylədilər. Yəni ki bu bəhanələr, bağımın özəlləşdirilməsinə yazılan imtina cavabı yalnız məni həmən məbləğdə pulu verməyimə məcbur etməyə hesablanmış bir addımdır. Həmən sənəddə yazılanlar prezidentin sərəncamını yerinə yetirilməsinə məneə ola bilməz - bunlar səbəb deyil bəhanədir! Möhtərəm prezidentimizin sərəncamını yerinə yetirməmək üçün heç bir bəhanə qanuni sayıla bilməz!
Tikilmiş dəhlizlə də bağlı iradlarının heç bir əsası yoxdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının prezidenti 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınır:

AZƏRBAYCAN RESPUBLİKASININ
ŞƏHƏRSALMA VƏ TİKİNTİ MƏCƏLLƏSİ
I BÖLMƏ
Ümumi müddəalar

Şəhərsalma və tikinti qanunvericiliyi

14-cü fəsil
Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri
79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;

Azərbaycan Respublikasının prezidentinin sərəncamı varmı? Var! Əlimdə Bağlar İdarəsinin müqaviləsi varmı? Var! Vəssalam - prezidentin sərəncamının yerinə yetirilməsini istəyirəm, başqa heç nə istəmirəm.

Yazıb sizdən xahiş edirəm ki prezidentin 22 may 2007-ci il tarixli 2186 №-li sərəncamını yerinə yetirilməsini təmin edəsiniz. Günahkar olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Zəfər Abdulovun və bu məsələ ilə əlaqədar olan digər məsul şəxslərin cinayət məsuliyyətinə cəlb edib barələrində cinəyət işi açıb, fəaliyyətlərini təftiş edilməsi barəsində göstəriş verəsiniz. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamlarının vəzifəli şəxslər tərəfindən yerinə yetirilməməsi ölkəmizin faciəsidir və prezidentin sözünün üstündən kimlərinsə söz deməsi, bəhanələr gətirərək sərəncama məhəl qoymaması yolverilməzdir!

Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları sizin təmiz adınızı ləkələməklə və seçkiqabağı reytinqinizi aşağı salmaqla məşğuldurlar. Azərbaycanda bağlarını özəlləşdirə bilməyən minlərlə vətəndaşlar var. Bu adamlari incitməklə sizə qarşı seçkilərdə potensial rəqiblərinizə xal vermiş olurlar. Ümid edirəm ki bağımın özəlləşdirilməsi üçün bürokratik və korrupsioner əngəlləri aradan qaldırmaq üçün mənə yardımçı olacaqsınız.

İşlərinizdə və qarşıdan gələn president seçkilərində sizə uğurlar arzu edirəm.

22 iyul 2013-cü il

Hörmətlə : Hacı Əhmədov