Xəbər lenti

Daha bir ölən erməni əsgərinin adı açıqlandı
Ölkə19:36 22.03.2015

Daha bir ölən erməni əsgərinin adı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin işğaldakı Qarabağ torpaqlarında 20 erməni əsgərinin ölməsi barədəki sensasion bəyanatını təkzib etməyə çalışsa da ölən erməni əsgərlərinin adları da açıqlanmaqda davam edir.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni tərəfi həlak olan hərbçilərin daha birinin adını bu gün açıqlayıb. Bu, 1992-ci il təvəllüdlü hərbçi Ayk Taronoviç Markaryandır.
Erməni KİV-ləri işğalçı rejimin “müdafiə nazirliyi”ndəki mənbələrə istinadən xəbər verir ki, əsgər qəfildən ölüb. Guya ürək tutmasından keçinib.
Halbuki əsgər Markaryanın xidmət etdiyi hərbi hissə Qarabağ cəbhəsinin şimal-şərq istiqamətində dislokasiya olunub. Azərbaycan xüsusi təyinatlıları bir  neçə gün öncə məhz həmin ərazilərdə uğurlu əməliyyat keçirmişdi.
Qaynar.info