Xəbər lenti

Daha bir ölkə Türkiyəyə qadağa qoydu
Ölkə08:42 12.03.2017

Daha bir ölkə Türkiyəyə qadağa qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hollandiyanın addımı təkrarlandı.

Türkiyənin hakim “Ədalət və İnkişaf” partiyasının sədr müavini Mehdi Ekerin, İsveçin paytaxtı Stokholmda, konstitusiyaya düzəlişlərə dəstək kompaniyası çərçivəsində bu gün keçirəcəyi mitinq təxirə düşüb.

İstiPress-in “Haber7”yə istinadən verdiyi məlumata görə, buna səbəb mitinq üçün əvvəlcədən icarəyə götürülən məkanın sahibinin müqaviləni ləğv etməsidir.

Məkanın sahibi müqaviləni ləğv etməsinin səbəblərini isə açıqlamayıb.

Digər tərəfdən, İsveçin Xarici İşlər nazirliyinin mətbuat sözçüsü Kent Öberg İsveç radiosuna verdiyi açıqlamada “Bizim ölkəmizdə ifadə azadlığı var, hər kəs danışmaq və toplantı keçirmək haqqına sahibdir. Belə bir icazə alınıbsa o toplantı keçirilə bilər” deyə ona ünvanlanan sualı cavablandırıb.  

Qaynar.Az