Xəbər lenti

Daha bir ölkənin çempionatı başladı
İdman19:20 12.04.2020

Daha bir ölkənin çempionatı başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, bu gün daha bir ölkədə futbol mövsümü başlayıb.
Qaynarinfo xəbər verir ki, Tayvanda milli çempionat start götürüb. 8 komandalı çempionatda turun bütün qarşılaşmaları bu gün olub. Son çempion "Taybey Tatun” evdə "Taypover"ə 2:3 hesabıyla yenilib. "Hanq Yun” doğma publika önündə "Taycenq Lions”a 4 cavabsız qol vurub.
"Taynan Siti” səfərdə "Minq Cuan Universiti”dən üstün olub – 4:2. "Taycunq” – "Tayvan Universiti” matçında isə ev sahibləri 2:1 hesablı qələbəyə sevinib.
Növbəti turun oyunları aprelin 19-da olacaq.
Qeyd edək ki, bu gün açıqlanan nəticələrə görə, Tayvanda ümumilikdə 388 nəfər koronavirusa yoluxub və onlardan 6-sı ölüb.
Hazırda dünyada yalnız Belarus, Burundi, Nikaraqua və Tacikistanda yerli çempionatlar davam etdirilir.