Daha bir tanınmış aparıcı ARB 24 telekanalında aparıcılıq edəcək.
Qaynarinfo xəbər verir ki, uzun müddətdir efirlərdən uzaq düşən məşhur aparıcı Günay Yelmarqızı yenidən efirə qayıdıb.
Belə ki, təxminən bir ay öncə Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi vəzifəsinə təyin olunan aparıcı bu işindən ayrılmadan, paralel olaraq ARB 24-ün efirində həftə içi hər gün saat 21:00, 23:00 və 00:00-da Xəbərlər proqramı ilə tamaşaçıların qarşısında olacaq.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!