Xəbər lenti

Daha bir məşhur aparıcı ATV-dən getdi
Ölkə10:19 02.08.2019

Daha bir məşhur aparıcı ATV-dən getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin (ATV) sevilən simalarından olan Dj Tural kanalı tərk edib.
Redaktor.az-a açıqlama verən aparıcı onun kanaldan uzaqlaşdırılmadığını bildirib:
"Avtostop” layihəsi artıq 7 ildir ki, ATV-də yayımlanır. Kanal ilə müqaviləmiz bitdiyinə görə, yollarımızı ayırdıq. Bir yerdə addımlamamaq üçün yenilik etdik. Layihənin inkişafı, daha da önə getməsi üçün bu qərarı verdik. Bir çox yerlərdən təkliflərin gəlməsinə baxmayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətini (İTV) seçdik. Buna səbəb isə sözügedən kanalın və radionun dinləyici kütləsinin Azərbaycanın 92%-ni təşkil etməsidir. Azərbaycan təkcə Bakı və Abşerondan ibarət deyil. Hər yerdə sürücünün problemi var, amma hamısı məni eşitmir.  Daha böyük auditoriya qarşısına çıxmaq üçün yerimizi mütləq dəyişməliydik. İTV-də standart müəyyən edəcəyik və özəl radiolar da bu standartla ayaqlaşmaya çalışacaqlar. Özəllər reytinq üçün çalışırlar, biz isə sübüt edirik ki, ciddi yerdən də reytinq qazanmaq mümkündür”.