Xəbər lenti

Daha bir nazirlikdə Apellyasiya Şurası yaradıldı
Ölkə10:00 24.02.2016

Daha bir nazirlikdə Apellyasiya Şurası yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb. 

Nazirlikdən  verilən məlumata görə, şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Apellyasiya Şurasının tərkibinə nazirliyin və onun tabeliyində olan qurumun məsul şəxsləri daxildir. Gənclər və İdman Nazirliyinin Apellyasiya Şurasına sədrlik nazir müavini İntiqam Babayevə həvalə olunub. 

Qaynar.info