Xəbər lenti

Daha bir nəfər sənədlərini MSK-ya təqdim etdi
Ölkə10:40 17.08.2013

Daha bir nəfər sənədlərini MSK-ya təqdim etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Daha bir nəfər ölkə prezidentliyinə keçirilən seçkilərdə namizədliyini irəli sürüb”.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O deyib ki, AMEA Fizika İnstitutunun əməkdaşı, elmlər doktoru, professor, 1950-ci il təvəllüdlü Qüdrət İsaq oğlu İsaqov öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürərək, bununla bağlı MSK-ya müraciət edib.

M. Pənahov qeyd edib ki, artıq seçki qanunvericiliyinə əsasən namizədliyi təsdiq olunan şəxslər tərəfindən imzatoplama kampaniyasına başlanılıb.

Artıq MSK-da 59 nəfər müşahidəçi qismində üçün qeydə alınıb.

Qaynar.info