
Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Üzeyir Məmmədli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Bu barədə NİDA-çı gənc öz facebook profilində yazıb. Ü. Məmmədli şahid qismində ifadə vermək üçün çağırıldığını bildirib:
“Biraz bundan əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsinə şahid qismində ifadə verməyə çağırıldım. "Nidaçıların" işini aparan müstəntiq telefonla zəng edərək dəvət etdi. Birazdan ifadə vermək üçün idarədə olacam”. /Qafqazinfo/
Qaynar.info