Xəbər lenti

Daha bir polkovnik hədəfdə - Zabitlər cəbhə xəttinə göndərildi
Ölkə21:16 16.05.2014

Daha bir polkovnik hədəfdə - Zabitlər cəbhə xəttinə göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Polkovnik Rauf Kişiyev hədəfdə! Zabitlər cəbhə xəttinə göndərilib

Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi polkovnik Rauf Kişiyevin tabeçiliyində çalışan 20-yə yaxın zabit cəbhə xəttində yerləşən hərbi hissələrə ezam olunub. 

Qayar.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbədən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə məlumat verilib. Səfər Əbiyev dövründə “isti kabinet”lərində istirahət etməyə öyrəşmiş, Bakı və Bakıətrafı müxtəlif hərbi hissələrdə xidmət edən zabitləri öz qanunsuz hərəkətləri ilə incidən, xüsusilə də məhkəmə proseslərində ədalətsiz davranan bu zabitlərin “iş” qaydalarının müdafiə naziri Zakir Həsənov tərəfindən bəyənilmədiyi deyilir.

“Doktrina” JHAM-a verilən məlumata görə, Zakir Həsənov həmin zabitlərin cəbhə xəttində yerləşən hərbi hissələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi istiqamətində çalışmalarına dair göstəriş verib.

Digər məlumata görə, yaxın aylarda Hüquq İdarəsinin tərkibi Rauf Kişiyev başda olmaqla tam yenilənəcək.

Qaynar.info