Xəbər lenti

Daha bir şəhid Biləsuvarda dəfn edildi - FOTOLAR
Ölkə07:51 05.04.2016

Daha bir şəhid Biləsuvarda dəfn edildi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 4-də cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun müddətdən artıq hərbi xidmət qulluqçusu Dəmirli Hüseyn Zeynal oğlu bu gün böyüyüb boya-başa çatdığı Biləsuvar şəhərində torpağa tapşırılıb.
Qaynar.info xəbər verir ki, dəfn mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak edib.
İcra başçısı Mahir Quliyev vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib və bildirib ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırılıb.
Qaynar.info