Xəbər lenti

Daha bir şəhid verdik - Cəbhədə atışma
Ölkə13:40 13.03.2015

Daha bir şəhid verdik - Cəbhədə atışma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. 

Qaynar.info Nazirliyin saytına istinadən xəbər verir ki, nəticədə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaqdır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Qaynar.info