Ölkə 14:17 07.12.2022

Daha bir soydaşımız Ukraynada həlak oldu (FOTO)

Daha bir soydaşımız Ukraynanın ərazi bütövlüyü uğrunda müharibədə həlak olub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Tofiq Yaqublu öz "Facebook" hesabında məlumat verib.
 
"Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuş Ruslan Bayramov Nikolayev vilayətinin Ternovıe Podı qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Xatirəsinə sayğılar!", deyə Tofiq Yaqublu yazıb.