Xəbər lenti

Daha bir sürücü yol polisini döydü - Bakıda
Ölkə07:53 19.01.2015

Daha bir sürücü yol polisini döydü - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda “avtoş” yol polisini yaralayıb. 

Qaynar.info-nun milli.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yol polisi Orxan Həsənovu idarə etdiyi 90 SF 036 dövlət nömrə nişanlı BMW markalı avtomobillə avtoxuliqanlıq etdiyinə görə saxlayıb. Maşından düşən sürücü yol patrul xidmətinin əməkdaşı Gülhüseyn Ağayevə hücum edərək xəsarət yetirib. 

Faktla bağlı toplanmış materiallar Yasamal Rayon Prokurorluğuna göndərilib. Prokurorluqdan bildirilib ki, hazırda araşdırma aparılır. 

Qaynar.info