Xəbər lenti

Daha bir tanınmış vəkilə töhmət verildi
Ölkə16:27 09.07.2018

Daha bir tanınmış vəkilə töhmət verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəkillər Kollegiyası (VK) daha bir tanınmış vəkilə töhmət verib.
Qaynarinfo "report"a istinadən xəbər verir ki, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.
Qərara əsasən, vəkil Fuad Ağayevə töhmət verib. Qərar Penitensiar Xidmət rəhbərliyinin Vəkillər Kollegiyasına şikayəti əsasında çıxarılıb. 
Qeyd edək ki, daha əvvəl VK tanınmış vəkil İradə Cavadovanın vəkillik fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət edilməsi haqqında qərar çıxarıb. Bundan başqa, kollegiya Nemət Kərimli, Fəxrəddin Mehdiyev və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.